İranın Əfqan mühacirlərin istedadlarının çiçəkləndirilməsi üzrə səyləri yüksək qiymətləndirilib
https://azeri.sahartv.ir/news/İran-i297623-İranın_Əfqan_mühacirlərin_istedadlarının_çiçəkləndirilməsi_üzrə_səyləri_yüksək_qiymətləndirilib
BMT-nin qaçqınlar və məcburi köçkünlər üzrə ali komissarı İranın mühacir əfqan uşaqların və gənclərin istedadlarının inkişaf etdirilməsi yolunda gördüyü işləri yüksək qiymətləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2018 18:00 Asia/Baku
  • İranın Əfqan mühacirlərin istedadlarının çiçəkləndirilməsi üzrə səyləri yüksək qiymətləndirilib
    İranın Əfqan mühacirlərin istedadlarının çiçəkləndirilməsi üzrə səyləri yüksək qiymətləndirilib

BMT-nin qaçqınlar və məcburi köçkünlər üzrə ali komissarı İranın mühacir əfqan uşaqların və gənclərin istedadlarının inkişaf etdirilməsi yolunda gördüyü işləri yüksək qiymətləndirib.

İRNA-nın məlumatına görə, İrina Korniçi bazar günü İranın cənubunda, Buşehrda keçirilən 5-ci Əfqanıstanşünaslıq festivalının bağlanış mərasimində deyib: İran İslam Respublikası rəsmilərinin dəstəyi ilə keçirilən Əfqanıstanşünaslıq festivalları əfqan məktəblilərin ölkələri ilə daha artıq tanış olması istiqamətində atılan dəyərli addımdır. 

İrina Korniçi həmçinin deyib: İran İslam Respublikasının səhiyyə və təhsil sahəsində göstərdiyi xidmətlər habelə, 500 mindən çox əfqan məktəblinin İran məktəblərində təhsil alması İranın Əfqanıstan vətəndaşları üçün gördüyü gözəl işlərdəndir.