İran haqda reallıqların əks etdirilməsi; İslam Respublikasının BMT-dən gözləntisi
https://azeri.sahartv.ir/news/İran-i297729-İran_haqda_reallıqların_əks_etdirilməsi_İslam_respublikasının_bmt_dən_gözləntisi
İranın mədəniyyət və islami irşad nazirinin müavini deyib: İranın BMT-dən gözləntisi münasib şəraitin yaradılması ilə İran İslam Respublikası quruluşu haqda reallıqları dünya insanlarına əks etdirməkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2018 06:34 Asia/Baku
  • İran haqda reallıqların əks etdirilməsi; İslam Respublikasının BMT-dən gözləntisi
    İran haqda reallıqların əks etdirilməsi; İslam Respublikasının BMT-dən gözləntisi

İranın mədəniyyət və islami irşad nazirinin müavini deyib: İranın BMT-dən gözləntisi münasib şəraitin yaradılması ilə İran İslam Respublikası quruluşu haqda reallıqları dünya insanlarına əks etdirməkdir.

İRNA-nın məlumatına görə, Məhəmməd Sultanifər bazar ertəsi günü Tehranda BMT-nin informasiya mərkəzinin rəhbəri Maria Dutesenko ilə görüşdə araşdırmaçıların İrana gəlməsi üçün BMT tərəfindən sadələşdirilmələrin yaradılmasını istəyib və deyib: İran İslam Respublikası BMT-dən düzgün xəbərləri əks etdirməklə dünyanı İran reallıqları ilə tanış etməsini gözləyir. 

BMT-nin Tehrandakı informasiya mərkəzinin rəhbəri Maria Dutesenko da bu görüşdə ikitərəfli əməkdaşlıqların inkişafında mediaların rolunu vurğulayıb və deyib: BMT-nin müxtəlif fəaliyyətlərinin İran vətəndaşlarına çatdırılması, həmçinin İranın nailiyyətlərinin BMT-də əks olunması Tehrandakı fəaliyyətinin məqsədlərindəndir.