İran və Rusiya birgə məqsədlərin reallaşması üçün çalışır
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Tehran-Moskvanın strateji münasibətlərinin əhəmiyyəti və iki tərəfin birgə məqsədləri gerçəkləşdirmək üzrə səyini vurğulayıb.
Əlaəddin Brucerdi çərşənbə axşamı günü Rusiyanın Saratov şəhərində Beynəlxalq İqtisadiyyat Konfransının bağlanış mərasimində deyib: İldə təxminən 3 milyard dollar olan İran və Rusiyanın ticarət dövriyyəsi iki ölkənin proqramlarına əsasən ildə 10 milyard dollara çatmalıdır.
Brucerdi İran və Rusiya arasında nəzərdə tutulan məqsədlərin gerçəkləşməsi, milli valyutalara əsasən ticarət anlaşmalarının icra olunması, İran və Rusiyanın bank kartlarla əlaqəsinin qurulması, iki ölkə vətəndaşlarının səfərinin sadələşdirilməsi, turist qruplara viza rejiminin ləğvi üzrə anlaşmanın icra olunması, İranın ticarət və turis gəmiləri üçün Volqa çayının açılması, İranın Azad Ticarət və Avrasiya İqtisadi Birliyinin razılaşmasının imzalanmasını təklif edib.
İran, Rusiya və Qırğızıstan arasında buğda haqda üçtərəfli anlaşmanın imzalanması prosesi, kənd təsərrüfatı məhsullarının ticarəti üçün yaşıl gömrük dalanının icrasının sürətləndirilməsi. İran və Rusiya kənd təsərrüfatı məhsullarının qarşılıqlı ixracı, Şimal-Cənub dəhlizinin icra olunması, böyük iqtisadi layihələrin icrası İran və Rusiya arasında nəzərdə tutulan məqsədlərin gerçəkləşməsi üçün Brucerdinin digər təklifləri olmuşdur.
Brucerdi həmçinin ikitərəfli münasibətlərin gücləndirilməsi, Rusiya tərəfindən İran qazının Pakistan və Hindistana nəqli üzrə boru kəmərinin icra olunması və İran-Rusiyanın nüvə əməkdaşlıqlarının gücləndirilməsi üzrə iki ölkənin parlament potensiallarından istifadənin olunmasını vurğulayıb.