General Şərif: ABŞ səfirliyinin Qüdsə köçürülməsi şeytancasına olan plandır
İranın "İntifazə və Qüds Qərargahı"nın başçısı amerikalıların öz səfirliklərini car ilin mayında Təl-Əvivdən Qüdsə köçürmələri ilə bağlı qərarını bir şeytani plan adlandıraraq, bu addımı Amerikan-İsrail yapbozunun növbəti parçası hesab edib.
ABŞ Dövlət Departamenti 14 may 2018-ci ildə bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürüləcəyini bildirib.
General Ramazan Şərif çərşənbə günü İntifazə və Qüds Qərargahı ilə İslam Təbliğatı Koordinasiya Şurasının Tehranda keçirilən ilk proqramlaşdırma və koordinasiya iclasında deyib: Amerikalılar və sionistlər bilməlidirlər ki, ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsi bütün dünyada azad və müstəqil düşüncəyə malik olan insanların mənfi reaksiyasına səbəb olacaq. Və onların bu hərəkətləri işğalçılara baha başa gələcək.
Genral Şərif İnqilab Rəhbərinin tam qətiyyətli formada sionist rejimin məhvini proqnoz etdiklərinə işarə edərək, deyib: Qüds müsəlmanların birinci qibləsidir və İslam dünyasına məxsusdur. Heç şübhəsiz gələcək Fələstin xalqınındır.