Mart 11, 2018 15:23 Asia/Baku
  • Kəmalvəndi: İran müdafiə məsələlərinə aid mövzularda heç bir vəchlə müzakirə etməyəcək
    Kəmalvəndi: İran müdafiə məsələlərinə aid mövzularda heç bir vəchlə müzakirə etməyəcək

İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sözçüsü deyib: İran İslam Respublikası özünün müdafiə məsələlərinə aid olan mövzular barəsində heç bir vəchlə və heç bir səviyyədə müzakirə etməyəcək.

Behruz Kəmalvəndi Mehr xəbər agentliyinə verdiyi müsahibədə Fransanın İranın müdafiə qüdrəti də daxil olmaqla müxtəlif məsələlər barədə Avropada ümumi fikirin formalaşdırılmasında nə dərəcədə uğur qazana biləcəyi barədə sualı belə cavablandırıb: Fransa elə təsəvvür edir ki, Amerika ilə eyni yolda addımlamaq onların maraqlarının daha artıq təmin olunmasına imkan verəcək. Amma, bu baxış bütün Avropanın baxışı deyil.

Kəmalvəndi əlavə edib: Fransa regionda xüsusilə Suriya və Livanda digər Avropa ölkələri ilə müqayisədə daha artıq iştiraka malik olub. Fransa öz keçmiş nüfuzunu itirdiyini hiss edir. Buna görə də bir sıra siyasi sövdələşmələrə üz tutub.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü İranın raket potensialı ətrafında yaradılan qalmaqalın İrana qarşı yeni sanksiyalara səbəb olub-olmayacağı barədə də deyib: Amerikalılarinsan haqları və terrorizm də daxil olmaqla  İran əleyhinə davamlı olaraq sui-istifadə etməyə çalışdıqları məsələlər arasında raket potensialı məsələsindən daha çox faydalana biləcəklərini düşünürlər. Amma, indi nə Təhlükəsizlik Şurasındakı atmosfer əvvəlki atmosferdir, nə də ki, raket məsələsi Amerika üçün nüvə məsələsində olduğu kimi "uduş" kartı ola bilər.

Kəmalvəndi əlavə edib: BMT TŞ-nin 2231 saylı qətnaməsinə əlavə edilmiş bəyannamələrdə İrandan nüvə başlığı daşıya biləcək raketlər düzəltməməsi istənilir. İran da dəfələrlə bildirib ki, raketləri nüvə başlığı üçün deyil.

Teqlər