İİR İŞM-in iki nazirin impiçmenti üzrə açıq iclası keçirilir
https://azeri.sahartv.ir/news/İran-i298475-İİr_İŞm_in_iki_nazirin_impiçmenti_üzrə_açıq_iclası_keçirilir
İran İslam Şurası Məclisinin açıq iclası bu gün İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin kabinetinin nazirlərindən ikisinin impiçmenti gündəmi ilə işə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2018 08:50 Asia/Baku
  • İİR İŞM-in iki nazirin impiçmenti üzrə açıq iclası keçirilir
    İİR İŞM-in iki nazirin impiçmenti üzrə açıq iclası keçirilir

İran İslam Şurası Məclisinin açıq iclası bu gün İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin kabinetinin nazirlərindən ikisinin impiçmenti gündəmi ilə işə başlayıb.

İran İslam Şurası Məclisi bu gün səhər və axşam növbələrində kooperasiya, əmək və sosial rifah naziri ilə yol və şəhərsalma nazirinin impiçmentini araşdıracaqdır.

Məclis üzvləri İran İslam Şurası Məclisinin bugünkü açıq iclasının səhər növbəsində ötən çərşənbə axşamı günü daxil olduğu elan edilmiş kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin impiçment edilməsi tələbini araşdıracaqlar.

Məclis üzvləri İran İslam Şurası Məclisinin bugünkü açıq iclasının axşam növbəsində isə yol və şəhərsalma naziri Abbas Axundinin impiçment edilməsi tələbini araşdıracaqlar.