Mart 15, 2018 09:41 Asia/Baku
  • İranda əhalinin sayı 81 milyon nəfəri ötüb-keçdi
    İranda əhalinin sayı 81 milyon nəfəri ötüb-keçdi

İran İslam Respublikasının statistika mərkəzi bildirib ki, hicri şəmsi ilinin son günlərində İranda əhalinin sayı 81 milyon nəfəri ötüb keçdi.

İranın statistika mərkəzi 2015-ci ildə həyata keçirilən əhalinin sayının müəyyənləşdirilməsi əməliyyatının nəticələri barədə verdiyi bəyanatda ölkə əhalisinin sayının 79 milyon 926 min 270 nəfər təşkil etdiyini bildirmişdi. Kişilər əhalinin 51 faizini qadınlar isə 49 faizini təşkil edir. 

İndi isə İranın statistika mərkəzinin əhalinin sayının göstəricisinə görə 1396-cı ilin son günlərində əhalinin sayının 81 milyon nəfəri ötüb-keçdiyini göstərir. 

İlk dəfə olaraq 2009-cu ildə İranın statistika mərkəzinin internet portalında yerləşdirilmiş əhalinin sayının göstəricisi bölməsi ölkədə hər an əhalinin sayında olan dəyişikliyi göstərir. 

 

Teqlər