Mart 15, 2018 09:46 Asia/Baku
  • Manhetten məhkəməsi iranlıya 25 il həbs verib
    Manhetten məhkəməsi iranlıya 25 il həbs verib

Amerikada bir məhkəmə İran üçün quru-hava raketləri və təyyarə detalları satın almağa cəhd göstərməkdə ittiham edilən Rza Olanqiyan adlı İran əsilli Amerika vətəndaşına 25 il həbs verib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə,bu hökm dünən Nyu-Yorkun Manhetten rayonunun məhkəməsi çıxarıb. 

57 yaşlı Olanqiyan 2012-ci ilə Ukraynada saxlanıldı və 2013-cü il martda Amerikaya qaytarıldı. 

Amerikanın Ədliyyə Nazirliyi öncədən Oləngiyanı İrana havadan müdafiə raketləri və hərbi təyyarə detalları göndərməyə cəhd göstərməkdə ittiham etmişdi. 

İranın raket proqramı tamamiylə müdafiə xarakteri daşıyır və hansısa ölkəyə qarşı deyil amma Amerika bu qanuni fəaliyyəti təhdid kimi qələmə verir və bu yolla Asiyanın qərbində izlədiyi mənafeyinə nail olmağa çalışır. 

Birləşmiş Millətlər Təşkilaıtnın Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi İranın raket fəaliyyətlərinə heç cür qadağa qoymayıb və sadəcə İranın nüvə başlığı daşıya biləcək raketlər istehsal etməməsini istəyir və İranın raketləri də ümumyyətlə belə bir məqsəd üçün istehsal edilməyib. 

Amerikalılar İranın raket sınaqlarının TŞ-nin 2231 saylı qətnaməsinə zidd olduğunu iddia edirlər. Halbuki Avropa Birliyinin xarici siyasət üzrə koordinatorunun sözçüsü Nabila Massrali bildirib ki, İranın raket sınağı nüvə razılaşmasını pozmur. 

Teqlər