İranla müştərək sərhədlərin təhlükəsizliyi Pakistan dövlətinin prioritetidir
İran İslam Respublikası nizam-intizam qüvvələrinin sərhəd qoşunlarının komandanı deyib: İranla müştərək sərhədlərin möhkəmləndirilməsi və terrorçularla mübarizə Pakistan dövlətinin təhlükəsizlik və hərbi aparatlarının proqramlarına daxildir.
İranın səhəd qoşunlarının komandanı general mayor Qasım Rzayi bu gün İranın cənub şərqində Sistan və Bəluçestan ostanının mərkəzi olan Zahidan şəhərində müxbirlərə verdiyi açıqlamada deyib: Pakistan dövləti etiraf edir ki, silahlı qrupların nüfuzu nəticəsində bu ölkənin Bəluçestan vilayətinin bir hissəsində destabillik hökm sürür və Pakistanın təhlükəsizlik və hərbi rəsmiləri İranla müştərək sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsini gündəmdə saxlayırlar.
General Rzayi İran və Pakistanın terrorizm ilə mübarizədə müştərək məqsədə malik olduqlarını bildirərək deyib: Əfqanıstan hökuməti ilə də müştərək sərhədlərdə cinayətkarlarla mübarizə üçün danışıqlara başlanılıb.