Mart 17, 2018 11:05 Asia/Baku
  • İran Ordusu Xatəmül-Ənbiya (s.ə.s) Havadan Müdafiə Qərargahının komandanı
    İran Ordusu Xatəmül-Ənbiya (s.ə.s) Havadan Müdafiə Qərargahının komandanı

İran İslam Respublikası Ordusu Xatəmül-Ənbiya (s.ə.s) Havadan Müdafiə Qərargahının komandanı cümə gecə Mazandaran vilayətinin Cuybar şəhərində bildirib: İran müdafiə sektorunda dünyanın ən güclü beş ölkəsindən biridir.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, general Fərzad İsmaili müdafiə sektorunun iqtidarın tələb etdiyi nüans olduğunu bəyan edərək bildirib: Düşmənin siyasi, mədəni və iqtisadi etikası yoxdur. 

İran Ordusu Xatəmül-Ənbiya (s.ə.s) Havadan Müdafiə Qərargahının komandanı nüvə anlaşması ilə bağlı ABŞ-ın əngəllərinə toxunub və deyib: Vaşinqton indiyə qədər nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qalmayıb və İran əleyhinə ədalətsiz sanksiyaları ikiqat artırıb. 

General Fərzad İsmaili bu sanksiyaların indiyədək heç bir təsirinin olmadığını deyərək bildirib: İran İslam Respublikası hazırda həmişəkindən daha güclü şəkildə inkişaf və stabillik yolunda hərəkət edir. 

İran Ordusu Xatəmül-Ənbiya (s.ə.s) Havadan Müdafiə Qərargahının komandanı ABŞ-ın regiondakı hərbi iştirakına da münasibət bildirib: Amerikalılar dostluq əli uzadan hər bir ölkədə hərbi baza yaradıblar. Çünki sadəcə öz hərbçilərinə etimad edirlər. 

General İsmaili imperializmə regionda yer olmadığını bildirərək xatırladıb: İran İslam Respublikasının qənaətincə, regionun təhlükəsizliyi region ölkələri tərəfindən təmin olunmalıdır. 

Bir çox ekspertlər, həmçinin Yaxın Şərq ölkələri rəsmilərinin fikrincə, regiondakı bütün böhranların kökündə ABŞ dayanır. 

Teqlər