Mart 18, 2018 19:37 Asia/Baku
  • Ruhani: 96-cı il İran xalqının qələbəsi ili idi
    Ruhani: 96-cı il İran xalqının qələbəsi ili idi

İran İslam Respublikası prezidenti deyib: İran xalqının düşmənləri 1396-cı ildə ağır məğlubiyyətlərə məruz qaldılar.

Həsən Ruhani bu gün nazirlər kabinetinin 96-cı il üçün son iclasının kənarında mətbuat konfransında etdiyi çıxışında deyib: İran bədxahları Əhatəli Müştərək Təşəbbüs Proqramı mövzusunda böyük məğlubiyyətlərə məruz qaldılar və dünya onların "İran öz öhdəliklərini yerinə yetirmir " deyə səsləndirdikləri iddiaları qarşısında durdu. 

İran İslam Respublikası prezidenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın ƏMTP çərçivəsində öz öhdəliklərini yerinə yetirmiş olduğunu təsdiqlədiyini xatırladaraq deyib: Amerikanın BMT TŞ-də İranın raket təhlükəsi və Yəmən mövzusu ilə əlaqədar  İrana qarşı hərəkətləri nakam qaldı və Vaşinqton müsbət cavab almadı.

Ruhani Amerikanın Qüds barədə hərəkətinin ölkələr tərəfindən pislənildiyini bildirərək deyib: İran regionda İŞİD adlanan ən böyük terrorçu qrupun kökünü kəsdi və İŞİD-in məğlubiyyəti regionda stabillik istiqamətində bəşəriyyətə hədiyyə idi. 

İran İslam Respublikası prezidenti deyib: Azərbaycan Respublikasına qarşıdakı səfərimdə Rəşt-Astara dəmiryolu müqaviləsi yekunlaşacaq. 

Teqlər