Ruhani Putini təbrik edib
https://azeri.sahartv.ir/news/İran-i299129-ruhani_putini_təbrik_edib
İran İslam Respublikasının prezidenti bir müraciətdə Vladimir Putini Rusiya prezident seçkilərindəki qətiyyətli qələbəsi münasibətilə təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 19, 2018 11:12 Asia/Baku
  • Ruhani Putini təbrik edib
    Ruhani Putini təbrik edib

İran İslam Respublikasının prezidenti bir müraciətdə Vladimir Putini Rusiya prezident seçkilərindəki qətiyyətli qələbəsi münasibətilə təbrik edib.

Rusiya Mərkəzi Seçki Komissiyası bildirib ki, indiyədək səslərin 99,83 faizi sayılıb və Vladimir Putin səslərin 76,6 faizini əldə etməyə müvəffəq olubdur.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün bu müraciətdə son illərdə Tehran-Moskva əlaqələrinin inkişafından razılıq edərək, İranın ikitərəfli, regional və beynəlxalq miqyaslarda Rusiya ilə diqqətəlayiq həmkarlıqlarını daha da möhkəmləndirməyə hazır və əzmkar olduğunu bildirib.

Ruhani əmin olduğunu bildirib k, Putinin yeni prezidentlik dövründə Tehran-Moskva münasibətləri daha da genişlənəcəkdir.

İran İslam Respublikasının prezidenti Rusiyanın dövləti və xalqına sağlamlıq, uğur, səadət və başıucalıq arzu edibdir.