Mart 20, 2018 10:17 Asia/Baku
  • İran prezidenti Kirmanşaha daxil olub

İran İslam Respublikası prezidenti bu gün 1397-ci hicri şəmsi ilinin başlanması ərəfəsində ölkənin zəlzələdən zərər çəkən bölgələrinə yaxından baxış keçirmək və dəmiryolu layihəsini istifadəyə vermək məqsədi ilə bu gün Kirmanşah ostanına daxil olub.

Həsən Ruhani Kirmanşah ostanının yerli rəsmiləri tərəfindən qarşılanıb. 

Zəlzələdən zərər çəkmiş bölgələrə baxış keçirmək, əhali ilə görüş, bərpa işlərinin gedişatı ilə yaxından tanış olmaq, ölkənin qərb dəmiryolu layihəsini istifadəyə vermək və Kirmanşah ostanının idarə şurasının iclasında iştirak prezidentin bu ostana səfər proqramını təşkil edir. 

Prezident Həsən Ruhani həmçinin 1397-ci günəş ilinin başlanması dəqiqələrində zəlzələdən zərər çəkən əhali ilə birlikdə olacaq. 

Teqlər