Mart 20, 2018 21:31 Asia/Baku
  • Ruhani: İran xalqı bütün düşmənləri heyrətdə qoydu

İran İslam Respublikası prezidenti 1397-ci hicri şəmsi ilinin başlanması münasibəti ilə təbrik müraciətində 1396-cı ilin bədxahların cəhdlərinə rəğmən İranın böyük xalqı üçün qələbə və uğurlar ili olduğunu bildirərək deyib: İran xalqının vəhdəti bütün düşmənləri heyrətdə qoydu və onlar xalqımızın əzəmətinə etiraf etdilər.

Həsər Ruhani bu gün Kirmanşah ostanı əhalisi toplusunda bildirib: Region və dünyada həmişə sülh və sakitlik yaradan İran xalqı ötən il davamlı səyləri ilə, çalışqan diplomatları və ixlaskar əsgərləri ilə İraq, Suriya və Livan xalqlarının kənarında regiona əlavə təhlükəsizlik və stabillik gətirdilər. 

İİR prezidenti İranın böyük xalqına xitabən deyib: İslam İnqilabının böyük rəhbərinin buyurduğu kimi yeni il milli istehsal və İran məhsullarına dəstək ilidir və məşğulluq və rövnəq ili olacaq. 

Ruhani yeni hicri şəmsi ilini İranın böyük xalqına, xaricdə yaşayan iranlılara eləcə də novruzu qeyd edən qonşu xalqlara təbrik edib. 

İslam İnqilabının böyük rəhbəri növruz müraciətində bütün iranlılar xüsusiylə şəhidlər, hərbi əlillər, ümid yaradan gənc və yeniyetmələr və ölkədə elmi hərəkətin öncüllərinə təbrik edərək yeni ili İran məhsullarına dəstək ili adlandırdılar. 

Teqlər