Mart 22, 2018 19:31 Asia/Baku
  • Burucerdi: Amerikanın regon üçün planı İranın səyi nəticəsində məğlubiyyətə uğradı
    Burucerdi: Amerikanın regon üçün planı İranın səyi nəticəsində məğlubiyyətə uğradı

İran İslam Respublikası İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib:Amerikanın regiondakı planı və müsəlman ölkələrin başını biri-biri ilə qatmaq layihəsi İranın səyləri nəticəsində məğlubiyyətə uğradı.

Əlaəddin Burucerdi bu gün Məclis Xəbər Agenti ilə müsahibəsində İslam İnqilabının böyük rəhbərinin dünən müqəddəs məşhəd şəhərində İmam Rzanın(ə) pak dərgahında etdiyi çıxışında Amerikanın regiona qarşı xəbis planları bardəki fikirlərinə toxunaraq deyib: Amerikanın İŞİD-ə qarşı rolu nəinki onu məhv etmək deyildi hətta bu terror qrupunu himayə edirdi. Amerikanın Əfqanıstandakı məğlubiyyəti Vaşinqtonun regiondakı siyasətinin məğlubiyyətə oğramasının bir nümunəsidir. 

İran İslam Respublikası İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: İranın regiondakı rolu daima sülhün bərqərar olunması niyyəti ilə region ölkələrinin tələbi əsasında reallaşmışdır və heç şübhəsiz ki, Amerika regiona qarşı məqsədlərinin heç birinə çatmayacaq. 

Teqlər