Pakistanda 9 iranlı dənizçi azad edilib
https://azeri.sahartv.ir/news/İran-i299620-pakistanda_9_iranlı_dənizçi_azad_edilib
1397-ci günəş ilinin gəlməsi ilə bir vaxtda Pakistanın Kəraçi şəhərinin "Landi" zindanında həbsdə olan doqquz iranlı dənizçi azad edilərək, islami vətənə geri dönübdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 23, 2018 12:25 Asia/Baku
  • Pakistanda 9 iranlı dənizçi azad edilib
    Pakistanda 9 iranlı dənizçi azad edilib

1397-ci günəş ilinin gəlməsi ilə bir vaxtda Pakistanın Kəraçi şəhərinin "Landi" zindanında həbsdə olan doqquz iranlı dənizçi azad edilərək, islami vətənə geri dönübdür.

İranın Kəraçidəki baş konsulluğunun fəaliyyətləri, həmçinin yerli rəsmilərin köməyi nəticəsində bilmədən Pakistanın sahil sularına girdiyinə görə həbs olunmuş doqquz iranlı dənizçi azad edilib.

Bu dənizçilər "İran Air" şirkətinin uçuşu ilə islami vətənə və öz ailələrinin ağuşuna qayıdıblar.

Ötən iki ildə İranın Kəraçidəki baş konsulluğunun səyləri ilə Pakistanın Send əyalətinin zindanlarında saxlanılan otuz həmvətənimiz azadlığa buraxılaraq, islami vətənə geri dönübdür.