Mart 25, 2018 18:52 Asia/Baku
  • Xərrazi: Əfqanıstanda təkfirçilik təfəkkürlərinin genişləndirilməsi ciddi təhlükədir
    Xərrazi: Əfqanıstanda təkfirçilik təfəkkürlərinin genişləndirilməsi ciddi təhlükədir

İranın xarici əlaqələr üzrə strateji şurasının sədri deyib: Əfqanıstanın siyasi problemlərindən biri, müxtəlif ölkələrin bu diyardakı təzadlı maraqlarıdır ki, Əfqanıstan xalqının dialoq yolu ilə sülhə çatmasına imkan vermir.

Kamal Xərrazi dünən Kabildə Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani ilə görüşdə bu ölkədə milli birlik dövlətinin təşkilini himayə edib. O, Əfqanıstanı hədələyən xətərlərə toxunaraq, deyib: Əfqanıstanda təkfifçilik təfəkkürlərinin yayılması ilə mübarizə aparmaq üçün tədbirlər görülməlidir.

Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani də İran və Əfqanıstanın dost və qardaşcasına əlaqələrinə toxunaraq, vurğulayıb: İki ölkə müştərək din və mədəniyyətə malikdir və Əfqanıstan öz qonşularının yardımına ehtiyaclıdır.

Teqlər