İran Rusiyaya başsağlığı verib
Mart 26, 2018 09:03 Asia/Baku
-
İran Rusiyaya başsağlığı verib
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Rusiyanın Sibir bölgəsində bir ticarət mərkəzində baş verən yanğın nəticəsində onlarla insanın ölümü və itkin düməsinə görə Rusiya dövləti və xalqına, xüsusiylə hadisə qurbanlarının ailələrinə başsağlığı verib.
İRNA-nın verdiyi məlumata görə, bazar günü Rusiyanın Sibir bölgəsində yerləşən Kemerovo şəhərində Zimnaya Vişniya ticarət mərkəzində yanğın baş verib.
İlkin məlumatlara görə yanğın binanın üst qatlarından başlayıb. Yerli qaynaqların bildirdiklərinə görə bu hadisədə 47 nəfər ölüb, 16 nəfər itkin düşüb.
Bəzilərinin yanğından xilas olmaq üçün özlərini pəncərədən tulladıqları deyilir.
Teqlər