Qasemi: Britaniya Yəməndə yol verilən müharibə cinayətlərinə görə birbaşa olaraq məsuliyyət daşıyır
-
Qasemi: Britaniya Yəməndə yol verilən müharibə cinayətlərinə görə birbaşa olaraq məsuliyyət daşıyır
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Britaniyalı 2 nazirin birgə bəyanatında İran əleyhinə səsləndirilən ittihamları rədd edərək, Britaniyanın Yəməndə törədilən müharibə cinayətlərindəki rolunu xatırladaraq, Londondan bütün məsələlərə sırf öz çıxarları baxımından yanaşmamağı tövsiyə edib.
Britaniyanın xarici işlər naziri Boris Conson və beynəlxalq inkişaf naziri Peni Mordant bazar ertəsi günü birgə bəyanat yayaraq, İranın Yəmənə silah göndərdiyini iddia ediblər.
Britaniya, Amerika və Fransa ötən aylar ərzində Ərəbistan ilə ahəngdar qaydada İranı Yəmənə silah göndərməkdə ittiham etməyə çalışsalar da, onların bu istəkləri nakam qalıb.
İRNA-nın məlumatına görə, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bazar ertəsi günü axşam verdiyi açıqlamada Londonun Yəməndə baş verən müharibə cinayətlərində birbaşa rola malik olduğunu xatırladıb və Britaniyanın Ərəbistanı silahlandırmaq, lojistik dəstək vermək və kəşfiyyat məlumatlarını ötürməklə Yəməndəki cinayətlərin daha iri miqyas almasına kömək etdiyini bildirib və deyib: Britaniya başqalarına qarşı ittiham irəli sürəcək mövqedə deyil.
Bəhram Qasemi həmçinin deyib: Yaxşı olar ki, London məsuliyyətdən boyun qaçırtmaq və başqalarını günahlandırmaq yerinə Yəmən xalqına qarşı davam edən müharibədən öz xeyrinə fadalanmaq və bu məsələdən gəlir əldə etmək baxışına dərhal düzəliş etsin.