Mart 27, 2018 12:17 Asia/Baku
  • Ruhani: Qonşularla əlaqələrin möhkəmləndirilməsi İranın prioritet siyasətlərindəndir
    Ruhani: Qonşularla əlaqələrin möhkəmləndirilməsi İranın prioritet siyasətlərindəndir

İran İslam Respublikası prezidenti çərşənbə axşamı Tehranı Aşqabad istiqamətində tərk etməzdən öncə jurnalistlər qarşısında deyib: Türkmənistan və Azərbaycana səfər bu iki ölkə prezidentlərinin rəsmi dəvətləri əsasında baş tutur və İran hökumətinin əsas məqsədlərindən biri qonşu ölkələr ilə yaxın əlaqələrin qurulmasıdır.

Həsən Ruhani jurnalistlər qarşısında verdiyi açıqlamada əlavə edib: İranın Türkmənistan və Azərbaycan ilə əlaqələri çox yaxşı səviyyədədir. Münasibətlərin daha artıq inkişaf etdirilməsi və əməkdaşlıqların bütün sahələr üzrə genişləndirilməsi üçün böyük potensiallar mövcuddur.

İran İslam Respublikası prezidenti həmçinin deyib: Türkmənistan və Azərbaycana olan səfərdə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi haqda danışıqlar aparılacaq.

Ruhani əlavə edib: Tranzit məsələsi və İranın cənub sularının Mərkəzi Asiya və Qafqaza birləşdirilməsi daim diqqət mərkəzində duran önəmli məsələlərdən olub. Və İranı Mərkəzi Asiya və Qafqaza birləşdirən ölkələr də Türkmənistan və Azərbaycandır.

İran prezidenti həmçinin deyib: İranın cənub-şərqində yerləşən Çabəhar dəmir yolunun Zahidan dəmir yoluna birləşdirilməsi Çabəhar limanının Mərkəzi Asiyaya qovuşmasına kömək edəcək. Rəşt dəmir yolunun da Astaraya birləşdirilməsi üzrə İran və Azərbaycanın birgə layihəsi də İranı Qafqaz məntəqəsi, Rusiya və Avropa birləşdirmiş olacaq.

İran İslam Respublikası prezidenti Bakıda olduğu müddət ərzində İran və Azərbaycan arasında Rəşt-Astara dəmir yolu və Xəzər dənizində neft və qaz yataqlarının birgə istismarı barədə sənədlərin imzalanacağından da xəbər verib .

Ruhani sonda deyib: Türkmənistan və Azərbaycana olan səfər çərçivəsində İran, Türkmənistan və Azərbaycanın iş adamları, sahibkarları, investorları və özəl sektor nümayəndələrinin birgə iclasları təşkil ediləcək və bu iclaslarda əməkdaşlıqların genişləndirilməsi yolları araşdırılacaq.

Teqlər