İran və Türkmənistan arasında 13 əməkdaşlıq sənədi və memorandum imzalanıb
İran İslam Respublikası və Türkmənistan prezidentlərinin iştirak etdiyi bir mərasimdə iki ölkə rəsmiləri arasında 13 əməkdaşlıq sənədi və memorandum imzalanıb.
Mədəniyyət, ticarət və sənaye sahələri üzrə əməkdaşlıqların edilməsi, kömrük informasiyalarının elektron şəkildə ötürülməsi, müştərək ticarət şurasının yaradılması, standartlaşdırma, kənd təsərrüfatı, idman, tranzit və yüklərin daşınması sahələri üzrə əməkdaşlıqların genişləndirilməsi, İran və Türkmənistanın Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq Tehran və Aşqabad arasında imzalanan sənədlər və memorandumlar olub. Bu sənədlər İran İslam Respublikası prezidenti Həsən Ruhani və Türkmənistan prezidenti Qurbanqulu Berdi Məmmədovun iştirak etdiyi mərasimdə iki ölkə rəsmiləri tərəfindən imzalanıb.
İran prezidenti çərşənbə axşamı Türkmənistan prezidenti ilə görüşüb, danışıqlar aparmaq üçün Aşqabada səfər edib. İki ölkə prezidentləri ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi mövzlarını müzakirə ediblər.
İran prezidenti sabah da Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya səfər edəcək.