İran prezidenti Putinə başsağlığı müraciəti göndərib
İran İslam Respublikası prezidenti Həsən Ruhani Rusiya prezidenti Vladimir Putinə ünvanlanmış müraciətində bu ölkədə bir ticarət mərkəzində çıxan yanğın nəticəsində çoxlu sayda insanın həyatını itirməsini kədərli hadisə adlandırıb, Rusiya prezidenti və xalqına başsağlığı verib.
Rusiyanın Sibir məntəqəsində yerləşən Kemerov şəhərində "Zimnaya Vişnya" adlı ticarət mərkəzində çıxan yanğın nəticəsində 64 nəfər həyatını itirib. Hadisə qurbanları əsasən uşaqlar olub. Bu hadisədə onlarla nəfər də yaralanıb.
Həsən Ruhani çərşənbə axşamı rusiyalı həmkarı Vladimir Putinə ünvanladığı müraciətdə deyib: Rusiyanın Kemerov şəhərində, Zimnaya Vişnya ticarət mərkəzində çıxan yanğının çoxu uşaq olmaqla 60-dan çox insanın ölümünə yol açması son dərəcə acı və kədərləndirici hadisədir.
İran prezidenti baş vermiş faciə ilə bağlı Rusiya hökuməti və xalqına başsağlığı verərək, Rusiya xalqı, dövləti və prezidenti Putin üçün sağlamlıq və uğurlar arzu edib.