Ruhani tarixi Mərv şəhərinə daxil olub
İran İslam Respublikası perzidenti Türkmənistana səfəri çərçivəsində bu gün səhər tarixi Mərv şəhərinə daxil olub.
İİR prezidenti Həsən Ruhani Mərvə səfərində bu qədim şəhərin tarixi abidələri və dini məkanlarına baxış keçirəcək.
İslam peyğəmbərinin(s.ə) səhabələrinin məzarlarını, şiələrin 8-ci imamının qədəmgahını ziyarət, 7-ci imamın şagirdlərindən olmuş Hacı Yusif Həmədaninin eləcə də sonuncu səlcuq şahı Sultan Səncərin məzar abidəsinə baxış keçirmək Ruhaninin Mərvə səfəri proqramına daxildir.
İİR prezidenti dünən Türkmənistana rəsmi səfər edib.
İran və Türkmənistan prezidentlərinin iştirakı ilə dünən Aşqabadda iki ölkə arasında 13 müştərək əməkdaşlıq sənədi imzalanıb.
İİR prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəsmi dəvəti əsasında bu gün günortadan sonra Bakıya daxil olacaq.