Azərbaycan prezidenti Ruhanini rəsmən qarşıladı; Bakıda ikitərəfli müzakirələr başlandı
https://azeri.sahartv.ir/news/İran-i300122-azərbaycan_prezidenti_ruhanini_rəsmən_qarşıladı_bakıda_ikitərəfli_müzakirələr_başlandı
İran İslam Respublikası prezidenti Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən rəsmən qarşılanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2018 13:12 Asia/Baku
  • Azərbaycan prezidenti Ruhanini rəsmən qarşıladı; Bakıda ikitərəfli müzakirələr başlandı

İran İslam Respublikası prezidenti Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən rəsmən qarşılanıb.

Həsən Ruhani və İlham Əliyev çərşənbə günü İran və Azərbaycanın milli himnləri səsləndikdən sonra rəsmi qaravul dəstəsinin önündən keçib, sonra isə müşayiət edən heyətləri bir-birlərinə təqdim ediblər. 

Rəsmi qarşılanma mərasimindən sonra İran və Azərbaycan prezidentləri və iki ölkənin yüksək səviyyəli rəsmilərinin ikitərəfli müzakirləri başlanıb. 

Prezidentlər və yüksək səviyyəli heyətlərin müzakirələrinin kənarında iki ölkə rəsmiləri tərəfindən bir neçə əməkdaşlıq sənədi imzalanacaq. 

İran İslam Respublikası prezidenti çərşənbə günü günortadan sonra Azərbaycan Respublikasına rəsmi səfərə gedib.