Mart 29, 2018 15:54 Asia/Baku
  • Ruhani: Xəzər dənizi ölkələrin birlik və əməkdaşlıq dənizinə çevrilib

İran İslam Respublikası prezidenti bu gün Xəzər dənizinin ölkələr arasında birlik və həmrəylik mehvərinə çevrildiyini deyərək, əlavə edib: Bədxahların ixtilaf amilinə çevirməyə çalışdıqları məsələ bu gün ölkələr arasında birlik, həmrəylik və əməkdaşlıq mehvərinə çevrilib.

Həsən Ruhani cümə axşamı Türkmənistan və Azərbaycana olan səfərini başa vuraraq, Tehrana qayıtdıqdan sonra, Mehrabad hava limanında jurnalistlər qarşısında verdiyi açıqlamada Xəzər dənizinin iqtisadi və enerji əməkdaşlıqları baxımından dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verə biləcəyini deyərək, əlavə edib: 25 i ldən sonra şimal-cənub və şərq-qərb nəqliyyat marşrutu ilə bağlı strateji önəm daşıyan anlaşma memorandumu  imzalandı.

Ruhani Türkmənistana olan səfərinə də işarə edib və deyib: Tehran və Aşqabad Xəzər dənizində birgə sərmayə qoyuluşu üzərində razılığa gəliblər.

İran prezidenti iqtisadiyyat, enerji, neft və qaz, texniki-mühəndislik və elektronika sahəsindəki əməkdaşlıqları Türkmənistana olan səfəri zamanı əldə edilən digər anlaşma sahələrindən adlandırıb.

Ruhani daha sonra Azərbaycana olan səfərinə işarə edib və deyib: Bakıya olan səfər zamanı tarixi önəm daşıyan sənədlər imzalandı. Və Rəşt - Astara dəmir yolu layihəsinin icra edilməsi ilə İranın cənubunda yerləşən beynəlxalq sular Azərbaycan Respublikası yolu ilə Qafqaz, Türkiyə, Rusiya və Avropaya birləşmiş olacaq.

Həsən Ruhani çərşənbə axşamı Aşqabada və oradan da Bakıya səfər etmişdi.

İran İslam Respublikası prezidenti cümə axşamı Türkmənistan və Azərbaycana olan 3 günlük səfərini başa vuraraq Tehrana qayıdıb. Bu səfər zamanı Tehran ilə Bakı və Aşqabad arasında ümumilikdə 21 əməkdaşlıq sənədi imzalanıb.

Teqlər