Sepah sionistlərin cinayətini qınadı
-
Sepah sionistlərin cinayətini qınadı
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah bir bəyanat yayaraq, Amerika və müttəfiqlərinin uşaq qatili olan qondarma sionist rejim üçün təhlükəsiz atmosferin yaradılması üzrə səylərinin məğlubiyyətə məhkum olduğunu vurğulayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah şənbə günü bir bəyanat yayaraq, sionist rejimin "Qayıdış Haqqı" yürüşündə iştirak edən fələstinliləri qırğın etməsini kəskin formada qınayıb və bildirib: İşğalçı və irqçi sionist rejimin fələstinlilərin qırğın edilməsi üzrə son cinayəti bir daha sübut etdi ki, sionistlər yeni bir intifazənin formalaşması və Fələstinin İslam Müqaviməti potensialının güclənməsindən qorxuya düşüblər.
Bəyanatda həmçinin deyilir: Sionistlərin Qəzzə zolağındakı son vəhşilikləri bir daha sübut etdi ki, regionun bəzi ölkələrinin mənfur başçılarının Fələstini işğal etmiş rejim ilə gizli əlaqələrin yaradılması üzrə çirkin hərəkətlərinin heç bir nəticəsi olmayacaq və bunun yeganə nəticəsi Fələstində yeni bir xalq hərəkatının formalaşması və İslam müqavimətinin baş qaldırması olacaq. Bu isə İsrailin köklərini daha sürətlə qurudacaq.