İran Kəşmirdə yaşanan son gərginliyi təəssüfləndirici adlandırıb
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hindistanın nəzarəti altında olan Kəşmirdə yaşanan son gərginliyi təəssüfləndirici hal adlandırb və tərəfləri təmkinli olmağa dəvət edib.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bazar ertəsi günü Hindistanın nəzarəti altında olan Kəşmirdə çıxan son gərginliklər zamanı bir qrup insanın ölməsi və yaralanmasını təəssüfləndirici hal adlandırıb və deyib: İran İslam Respublikası Kəşmir əhalisinin mənafeyi və maraqları çərçivəsində olan istənilən addımı dəstəkləyir və tərəflərin də müsbət yanaşacağı təqdirdə gərginliyin azaldılmasına kömək etməyə hazırdır.
Dünən Hindistanın nəzarəti altında olan Kəşmirdə ordu qüvvələri ilə müsəlman əhali arasında çıxan toqquşmalarda 3 hərbçi və 17 mülki həlak olub.
Hindistan uzun illərdir ki, öz hərbçilərini Kəşmir məntəqəsinə yerləşdirərək, bu məntəqəni nəzarət altında saxlayır. Ötən 30 ildə Hİndistan ordusunun Kəşmir əhalisinə qarşı hücumlarında 68 min müsəlman həyatını itirib.
Kəşmir əhalisi BMT Təhlükəsizlik Şurasının bu məntəqə ilə bağlı qətnaməsinin icra olunması və Kəşmirin taleyihə aydınlıq gətirmək üçün referendumun keçirilməsini istəyir.