Rusiya Duması: İran regionun fəal oyunçusudur
Rusiya Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Aleksey Puşkov İranın hər gün daha da gücləndiyini bəyan edərək, İran İslam Respublikasını Asiyanın qərbində fəal oyunçu adlandırıb.
Aleksey Puşkov dünən bir televiziya verilişində İranın region problemlərinin həllindəki fəal roluna toxunaraq, deyib ki, bu məsələ amerikalıları əsəbiləşdiribdir.
Puşkov sonra son zamanlar Tramp tərəfindən Con Boltonun ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri, Mayk Pompeonun da bu ölkənin dövlət katibi təyin olunmalarına toxunaraq, əlavə edib: Bu iki təyinat Amerikanı yeni savaşalara doğru sürükləyə bilər.
Aleksey Puşkov deyib: Bu iki nəfər keçmişdə İranın nüvə məsələsinin hərbi yolla həllini istəmişdi.
Puşkov nüvə anlaşmasından çıxması üçün Trampın Mayk Pompeo ilə Con Boltonu təyin etdiyini bildirərək, qeyd edibdir ki, nüvə anlaşmasının ləğvi regionda səbatsızlığa gətirib çıxaracaqdır.