Apr 04, 2018 16:35 Asia/Baku
  • Ruhani: İran, Türkiyə və Rusiyanın səyləri Suriyada böyük nailiyyətlərlə nəticələndi
    Ruhani: İran, Türkiyə və Rusiyanın səyləri Suriyada böyük nailiyyətlərlə nəticələndi

İran İslam Respublikası prezidenti deyib: İran, Türkiyə və Rusiyanın səyləri Suriyada terrorçularla mübarizədə böyük nailiyyətlərə səbəb oldu. Bu səylər Suriya xalqının dincliklə öz ölkələrində yaşaya biləcəkləri zamana qədər davam etməlidir.

Həsən Ruhani çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşdə əlavə edib: İran və Türkiyənin müxtəlif sahələr, o cümlədən region ölkələri, xüsusilə də Yəməndə təhlükəsizlik, dinclik və stabilliyin inkişafı, ölkələrin ərazi bütövlüyünün qorunması, coğrafi sərhədlərin dəyişilməsinin qarşısının alınması, regiondan kənar qüvvələrin region ölkələrin daxili məsələlərinə müdaxilələri, eləcə də terrorizmlə hərtərəfli mübarizənin aparılması sahəsində regional əməkdaşlıqlarının gücləndirilməsi çox önəmli və təsiredici olacaqdır. 

Regionun bütün islam ölkələri, xüsusilə də İran və Türkiyənin Fələstin məsələsinin həlli istiqamətində birgə səyinin vacibliyinə toxunan İran prezidenti deyib: Fələstinin məzlum xalqının öz ərazilərinə qayıtmalarını elan etmək haqqı vardır. Lakin sionist rejim tərəfindən al-qana boyanırlar. 

Ruhani əlavə edib: İran və Türkiyə müxtəlif sahələrdə öz münasibətlərini maksimum şəkildə inkişaf etdirməlidirlər. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu görüşdə Ankara zirvə toplantısının daha yüksək səviyyədə keçirilməsi üzrə İranın səyini regional əməkdaşlıqların inkişafında iki ölkənin iradəsinin göstəricisi adlandırıb və regional məsələlərin həllində, xüsusilə də terrorizm və terror qrupları ilə mübarizə sahəsində İran və Türkiyənin əməkdaşlıqları və məsləhətləşmələrini müsbət və konstruktiv adlandırıb. 

Teqlər