Apr 04, 2018 16:50 Asia/Baku
  • İran prezidenti: Suriya böhranının hərbi həll yolu yoxdur
    İran prezidenti: Suriya böhranının hərbi həll yolu yoxdur

İran İslam Respublikası prezidenti Suriya böhranının həlli üzrə İran, türkiyə və Rusiyanın rolu və Astana müzakirələri prosesini önəmli adlandırıb və deyib: Suriya böhranına son qoymaq üçün real səylər və bu ölkənin bərpası üçün lazımi şəraitin yaradılması, didərginlərin öz yaşadıqları ərazilərə qayıtmasına şəraitin yaradılması da üç ölkə və dünya ictimaiyyətinin diqqət mərkəzində durmalıdır.

Həsən Ruhani çərşənbə günü İran, Türkiyə və Rusiya prezidentlərinin Suriya böhranı üzrə Ankara zirvə toplantısında deyib: Suriya böhranının hərbi həll yolu və yaxud kənardan diktə olunan yolu yoxdur. Suriyanın gələcəyi sadəcə Suriya xalqının demokratik seçimi ilə formalaşacaq. 

İranın Suriya böhranının elə əvvəlindən bunun üçün hərbi həll yolun qəbuledilməz olduğunu vurğuladığını deyən prezident Ruhani dörd maddəlik planın da həmin istiqamətdə təqdim olunduğunu bildirib. 

Suriyalı-suriyalı danışıqların davam etdirilməsi, Suriyada azad seçkilərin keçirilməsini qeyd edən İran prezidenti xatırladıb: Suriya hökumətinin formasının təyin olunmasında əcnəbilərin müdaxiləsi sadəcə böhranın davam etməsi məqsədini güdür. 

İran prezidenti həmçinin İranın Suriyanın bərpasındakı təsirli iştiraka hazır olduğunu bildirərək deyib: Suriya hökumətinin razılığı olmadan əcnəbi qüvvələrin bu ölkədəki iştirakı qeyri-qanunidir və buna dərhal son qoyulmalıdır. 

Ruhani davamında bütün terror qruplaşmalarının kökünün kəsilməsi üçün Suriyada terrorizmlə mübarizənin davam etdirilməsinin vacibliyini qeyd edib. 

Teqlər