Apr 05, 2018 18:55 Asia/Baku
  • Zərif müstəqil Fələstin ölkəsinin yaradılması və Qüdsün paytaxt elan edilməsini vurğulayıb

İran İslam Respublikasının xarici işlər naziri fələstinlilərin hüquqlarının təmin edilməsi və Qüdsün paytaxt olması ilə müstəqil Fələstin ölkəsinin yaradılmasını bir zərurət adlandırıb.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirləri iclasında, Qoşulmama Hərəkatının İsrail rejiminin son cinayətləri qarşısında kollektiv addım atmasının vacibliyini vurğulayıb və deyib: Bu rejimin cinayətlərinin cəzasız qalması dünya sülhü və təhlükəsizliyini təhdid edən yeni birtərəfli siyasətin nişanəsi adlandırıb .

Zərif xüsusilə Qəzzə zolağında fələstinlilərin kütləvi şəkildə hücuma məruz qalmasına, çoxlu sayda fələstinlinin şəhid edilməsi və yaralanmasına işarə edərək, deyib: Bu gün İsrail rejiminin cinayətkar əməlləri ilə bağlı beynəlxalq araşdırmaların aparılması bütün ölkələrin istəyidir.

İranın xarici işlər naziri həmçinin deyib: İsrail rejiminin ötən 70 ildə fələstinlilərə qarşı yol verdiyi cinayətlər ABŞ və onun bəzi regional və regiondan kənar müttəfiqlərinin himayəsi altında olub.

Zərif həmçinin deyib: ABŞ-ın himayələri xüsusilə, Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanıması üzrə son qərarı, cinayətkar rejimi daha da həyasızlaşdırıb.

İranın xarici işlər naziri əlavə edib: Qoşulmama Hərəkatı hazırkı şəraitdə işğal edilmiş Fələstin əraziləri ilə bağlı kollektiv addımın atılmasına ehtiyaclıdır və BMT bu cinayətləri qınayaraq, İsrail rejiminin siyasətlərini və hərəkətlərini məhkum etməlidir.

Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin dövrlərarası iclası 120 üzv ölkə, 17 müşahidəçi ölkə və beynəlxalq təşkilatların nümayəndələrindən ibarət  800 nəfərin iştirakı ilə Bakıda keçirilir. Bu iki günlük iclasın əsas şüarı "Davamlı inkişafa nail olmaq üçün beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi"dir.

Teqlər