Apr 07, 2018 20:29 Asia/Baku
  • Brucerdi: İran faydalandığı zamana kimi nüvə anlaşmasına sadiq qalacaq
    Brucerdi: İran faydalandığı zamana kimi nüvə anlaşmasına sadiq qalacaq

İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Tehranın öz maraqlarına uyğun olaraq nüvə anlaşmasında iştirak etdiyini bildirib və deyib: ABŞ-ın bu anlaşmadan çıxması ilə bu anlaşmaya sadiq qalmaq maraqlara uyğun olmayacaq.

İRİB-nin verdiyi məlumata görə, Əlaəddin Brucerdi ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Heylinin Amerikanın nüvə anlaşmasından çıxacağı təqdirdə belə, İranın Avropa ilə ticarət əlaqələrinin davam etməsinə görə nüvə anlaşmasına sadiq qalacağına dair iddiasına reaksiya olaraq deyib: Niki Heyli İran İslam Respublikasına nə edəcəyini söyləyə bilməz.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri əlavə edib: Nüvə anlaşmasında ən önəmli məqsəd sanksiyaların ləğv edilməsi idi. Buna görə də, İrana qarşı  yenidən sanksiyalar tətbiq edilərsə, İran İslam Respublikası heç şübhəsiz nüvə anlaşmasından çıxacaq.

Brucerdi İranın Avropa ilə əlaqələrini uzun keçmişə malik olan ənənəvi əlaqələr adlandırıb və deyib: Qarşılıqlı maraqlara hörmətin davam etdiyi zamana kimi İranın Avropa ölkələri ilə əlaqələri davam edəcək. Hətta, nüvə an laşması qüvvədən düşmüş olsa belə.

Teqlər