İran Kanada xalqının dərdinə şərik çıxıb
https://azeri.sahartv.ir/news/İran-i301164-İran_kanada_xalqının_dərdinə_şərik_çıxıb
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi şənbə gecə Kanadada yol qəzası nəticəsində bir idman komandasının 14 idmançısının həlak olmasından təəssüflənərək bu ölkə xalqı və hadisə qurbanları ailələrinin dərdinə şərik çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2018 04:14 Asia/Baku
  • İran Kanada xalqının dərdinə şərik çıxıb

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi şənbə gecə Kanadada yol qəzası nəticəsində bir idman komandasının 14 idmançısının həlak olmasından təəssüflənərək bu ölkə xalqı və hadisə qurbanları ailələrinin dərdinə şərik çıxıb.

Kanadada Humboldt Broncos xokkey komandasının üzvlərini aparan avtobus bir yük maşını ilə toqquşub. Nəticədə bu komandanın 14 idmançısı dünyasını dəyişib. 

Şənbə günü Kanadanın Saskatçevan əyalətində magistral yolda baş verən qəza nəticəsində 14 idmançı da yaralanıb. 

Humbolt Broncos xokkey komandasının 28 üzvü avtobusda olub. 

Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.