Apr 08, 2018 18:59 Asia/Baku
  • Brucerdi: Regional və beynəlxalq təhlükəsizlik İran və Rusiyanın əməkdaşlığı ilə təmin olunur

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İran və Rusiya parlamentlərini ikitərəfli münasibətlərin mühərriki adlandırıb və deyib: Müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üzrə yol xəritəsinin tənzimlənməsi zəruridir.

Əlaəddin Brucerdi bazar günü Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski ilə Tehranda görüşdə deyib: Regional və beynəlxalq məsələlərdə İran və Rusiyanın baxışlarının yaxın olması və müxtəlif məsələlərdə iki ölkənin əməkdaşlığı beynəlxalq təhlükəsizlik və davamlı stabilliyin təmin olunmasına kömək edir. 

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri ABŞ prezidentinin yanlış siyasətləri və hərəkətlərini tənqid edərək deyib: Beynəlxalq qaydalara hörmətsizlik, beynəlxalq öhdəliklərin pozulması, regionda terror qruplaşmalarını dəstəkləmək destabilliyin artması və böhranın davam etməsi ilə nəticələnir. 

Brucerdi həmçinin iki ölkə arasında imzalanan anlaşma və razılaşmaların icrasının vacibliyini qeyd edib və xatırladıb: Razılaşmaların icra olunması və bank maneələrinin aradan qaldırılması İran və Rusiyanın dövlət və özəl sektorları arasında iqtisadi, ticarət və sənaye əlaqələrinin inkişafına kömək edə bilər. 

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski də bu görüşdə İranın regional və beynəlxalq münasibətlərdə önəmli ölkə adlandırıb və deyib: İran regional və beynəlxalq olaylarda önəmli və təsiredici ölkədir və İranın beynəlxalq dairələrdə iştirakı stabillik və təhlükəsizliyin bərpa olunmasın çoxlu kömək edə bilər. 

O həmçinin iki ölkə parlamentlərində İran və Rusiyanın Ali Komissiyası və Parlament Dostluğu Qruplarının təşkil olunmasını iki ölkənin iqtisadi və siyasi münasibətlərinin gücləndiricisi adlandırıb və İran və Rusiya parlamentləri arasında davamlı məsləhətləşmələrin vacibliyini qeyd edib. 

Teqlər