İraqçı: ABŞ təklikdə nüvə anlaşması haqda qərar verə bilməz
-
İraqçı: ABŞ təklikdə nüvə anlaşması haqda qərar verə bilməz
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib: Nüvə anlaşması ABŞ üçün deyil ki, istədiyi hər bir qərarı versin.
İSNA-nın məlumatına görə, Seyid Abbas İraqçı nüvə anlaşmasının beynəlxalq ictimaiyyətə və müzakirə aparan bütün ölkələrə aid olduğunu bəyan edərək deyib: Nüvə anlaşması önəmli bir razılaşmadır və Rusiya onun güclü tərəflərindən biridir.
Russia Today televiziyasına müsahibə verən İran xarici işlər nazirinin müavini deyib: Rusiya İranla nüvə müzakirələrində əsas tərəflərdən biri idi və nüvə anlaşmasının İrana aid olduğu qədər Rusiyaya və 5+1 qrupunun qalan üzvlərinə aiddir.
İraqçı həmçinin Suriya olaylarına da münasibət bildirib: Sionist rejim regionda gərginliyi artırmaq ardıncadır. Bütün qarşıdurma tərəfləri bu məsələ haqda çox diqqətli olmalıdırlar.