Ruhani: İslam Peyğəmbərinin (s.ə.s) besəti bəşəriyyət üçün ən önəmli ilahi nemətdir
İran İslam Respublikası prezidenti çərşənbə axşamı günü yeni il və rəcəb bayramları təbrikində əziz islam peyğəmbərinin (s.ə.s) besətini tarixdə təsiredici böyük hadisə və bəşəriyyət üçün önəmli ilahi nemət adlandırıb.
Gələn şənbə günü 27 rəcəb 1439-cu hicri qəməri ili, 14 aprel 2018-ci il əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) peyğəmbərliyə yetişdiyi gündür.
Prezident Aparatının informasiya portalının məlumatına görə, Həsən Ruhani İranın Ali Mədəni İnqilab Şurasının iclasında əlavə edib: İslam peyğəmbəri (s.ə.s) ilahi vəhy, əxlaq və davranışı ilə insanların istiqamətləndirilməsi və yeni sivilizasiyanı töhfə gətirdi. Bu, hələ də dünya ictimaiyyətində bir çox elmlər və inkişafların mənbəyidir.
İran İslam Respublikası prezidenti İslam İnqilabını peyğəmbər (s.ə.s) və məsumların (ə) hökumət örnəyini bəyan etmək üçün böyük fürsət adlandırıb və rəhmət dini olaraq islam təlimlərinin gələcək nəsillərə, xüsusilə də islam ictimaiyyətlərində düzgün şəkildə çatdırılmasının vacibliyini qeyd edib.