Qasimi: Səudiyyəlilər sionistlərin yanında Yaxın Şərqdə təcavüz və cinayət simvoluna çevriliblər
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Ərəbistanın hazırkı hakimləri özlərini sionist rejimin yanında Yaxın Şərqdə təcavüz və cinayət simvoluna çevriblər.
Bəhram Qasimi çərşənbə günü Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanın Fransaya səfərdə İran əleyhinə açıqlamasına reaksiyada bildirib: Region ölkələri və xalqları Səudiyyə Ərəbistanının bəzi qonşu, region və dünya ölkələrində saysız insan faciələri və cinayətləri törədən əl-Qaidə və İŞİD kimi terrorçu və radikalların yetişdirilməsi və silahlandırılmasındakı rolunu unutmayacaqlar.
İran XİN bildirib: Səudiyyəli hakimlər Yəmənə təcavüz və Qüdsü işğal etmiş rejimlə eyni istiqamətdə getməklə bağlı məğlubiyyətə uğramış siyasətlərini əsaslandırmaqda yüz milyardlarla dollar vəsaiti xərcləməklə öz qaranlıq gündəmlərini ört-basdır etməyə və bəzi regiondan kənar ölkələrin dəstəklərini satın almağa ürək bağlayırsa, o qədər də uzaq olmayan keçmişdə, öz tale dostu və regional müttəfiqi yəni İraqın edam olunmuş diktatoru Səddamın taleyinə yenidən baxsın.
Qasimi bildirib: Səudiyyə Ərəbistanının bəzi başçıları keçmişdə və indi yanlış siyasətləri və sionist rejimlə müttəfiqliklə Qərbi Asiyanı böhran, destabillik, uzunmüddətli müharibələrlə üzləşdirib.
Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salman Parisə səfəri zamanı Fransa prezidenti Emmanuel Makronla görüşdə əsassız və təkfrar iddiada İranı terrorizmi dəstəkləməkdə suçlayıb.