Brucerdi: Suriyaya hücum ABŞ-ın itirilmiş abrısını müdafiə üçündür
İran İslam Respublikası İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: Amerikanın Suriyaya kimyəvi hücum bəhanəsi ilə hərbi təcavüzü ağ yalandır və Amerikanın Suriyadakı arcıcıl məğlubiyyətləri nəticəsinə itirilmiş imicini bir növ müdafiə xaraketiri daşıyır.
Amerika prezidenti Donald Tramp dünən axşam BMT TŞ-nin razılığı olmadan Suriyaya qarşı hərbi hücum əmri verib. Amerikanın Suriyaya hücumları Fransa və Britaniyanın iştirakı ilə həyata keçib.
Əlaəddin Brucerdi bu gün məclis xəbər agentliyinə müsahibəsində, dünyada təhlükəsizlik yaratmaq iddiaçılarının özlərinin təhlükəsizliyi pozduqları və böhran yaratdıqlarını bildirərək deyib: Amerikalılar özlərinin avropalı və region müttəfiqləri ilə birlikdə və geniş imkanlarından istifadə edərək Suriyada hakim siyasi sistmi dəyişməyi planlaşdırdılar amma məğlubiyyətə uğradılar.
İran İslam Respublikası İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: Terrorçular şərqi Qutədən və Dəməşqin ətrafından çıxdıqdan sonra Amerikanın növbəti məğlubiiyyəti reallaşdı və bu ölkə qalan terrorçulara bir növ ürək-dirək verməyə çalışdı.
Brucerdi deyib: Suriya uğuru və müqavimət yolunun davam etdirilməsi geriyə dönməz bir yoldur və müqavimət cəbhəsi gücləndikcə Amerika və sionist rejim bu kimi uşaqsayağı hərəkətlərlə müqaviməti zəiflədə bilməyəcəklər.