Apr 14, 2018 21:26 Asia/Baku
  • Sepah Suriyya qarşı hücumu pisləyib
    Sepah Suriyya qarşı hücumu pisləyib

İslam İnqilabının Keşikçiləri Korpusu Sepah Amerika və onun müttəfiqlərinin Suriyaya qarşı raket hücumunun Suriya xalqının anti-terror müqaviməti və qərb və ərəb canilərinə nifrətinin artmasına gətirib çıxartdığını bildirib.

İslam İnqilabının Keşikçiləri Korpusu Sepah bu gün bir bəyanatda Amerika və onun müttəfiqlərinin Suriyaya cinayətkar hücumlarını pisləyərək Suriyanın kimyəvi silahdan istifadəyə dair yalan iddiaya toxunub və bildirib: Suriyaya qarşı raket hücumu təkfirçi terrorçuların qərb himayədarlarının rəzilcəsinə məğlubiyyətini və terrorçuları xilas etmək üçün fürsət yaratmaq cəhdlərinə dəlalət edir. 

Bu bəyanatda deyilir: Suriya dövləti, xalqı, ordusu və xalq qüvvələrinin hegemoniya quruluşu, sionizm və təkfirçi terrorçuların müharibəsinə qarşı 7 illik müqavimət təcrübəsi və bu qarşıdurmanın birinci mərhələsindən qələbə ilə keçməsi göstərir ki, suriyalılar Dəməşqin strateji müttəfiqləri ilə birlikdə yekun qələbəyədək yolu davam etdirəcək və bu ölkəyə təcavüz edən cinayətkarlar və onların regiondakı hamiləri heç bir nəticə əldə etməyəcəklər. 

Teqlər