Fəlahətpişe: ABŞ-ın hücumu Suriya olaylarındakı passiv rolunun əvəzini çıxmaq məqsədi daşıyırdı
https://azeri.sahartv.ir/news/İran-i302090-fəlahətpişe_abŞ_ın_hücumu_suriya_olaylarındakı_passiv_rolunun_əvəzini_çıxmaq_məqsədi_daşıyırdı
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: ABŞ-ın Suriyaya olan raket hücumu Suriya olaylarındakı itirilmiş rolunu bərpa etmək üzrə atılmış nakam bir addım idi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2018 07:03 Asia/Baku
  • Fəlahətpişe: ABŞ-ın hücumu Suriya olaylarındakı passiv rolunun əvəzini çıxmaq məqsədi daşıyırdı
    Fəlahətpişe: ABŞ-ın hücumu Suriya olaylarındakı passiv rolunun əvəzini çıxmaq məqsədi daşıyırdı

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: ABŞ-ın Suriyaya olan raket hücumu Suriya olaylarındakı itirilmiş rolunu bərpa etmək üzrə atılmış nakam bir addım idi.

Heşmətullah Fəlahətpişe Mehr informasiya agentliyinə verdiyi müsahibədə ABŞ və müttəfiqlərinin Suriyaya olan raket hücuma barədə deyib: Amerika və müttəfiqləri İran və Rusiyanın Suriya olaylarında təşəbbüskarlığı ələ aldıqlarını və həlledici rola malik olduqlarını müşahidə etdikləri zaman, bu ölkəyə qarşı hərbi müdaxilə qərarına gəliblər. Onlar bununla bölgədəki olaylarda yenidən təşəbbüsü ələ almağa çalışıblar. 

Fəlahətpişe əlavə edib: Qərb ölkələri o cümlədən Amerika, Britaniya və Fransa Suriya böhranı ilə bağlı Soçi və Ankara iclaslarında heç bir rola malik olmayıblar. Buna görə də, Suriyaya hərbi müdaxiləilə Suriyanın gələcəyində paya malik olmağa çalışırlar.