İİR ordusunun döyüşə dəstək nailiyyətlərinin təqdimatı olub
İran İslam Respublikası Ordusu Günü ərəfəsində Şəhid Səyyad Şirazi adına Artilleriya və Raketlər üzrə Təlim Mərkəzinin üç döyüşə dəstək sisteminin təqdimatı olub.
İsfahanda yerləşən Şəhid Səyyad Şirazi adına Artilleriya və Raketlər üzrə Təlim Mərkəzinin sənaye tədqiqatı layihələrinin icra müdiri polkovnik Məcid Eslami deyib: Yerli "Zəxi" sisteminin konstruksiyası və 112 millimetrlik "Haubitsa" tipli dartılan topların üzərində quraşdırılması ilə, bu cür toplar hidravlik və robatik vəziyyətdən istifadə ilə dartılmadan özünüdartmaya çevrilib və hərbi tapşırıqlarda sürətli yerdəyişmə qabiliyyətinə malikdirlər.
Polkovnik Eslami həmçinin "səhrada doldurma" sisteminin konstruksiyası və istehsalına toxunaraq, deyib: İki vurulmuş bir tam onda beş metr ölçüsündə günəş səfhəsinə malik olan bu sistem daşınan formada müxtəlif nöqtələrdə günəş, avtomobil və şəhər elektrik enerjisi ilə qidalanaraq, bir sutka ərzində düşərgələrin, hərbi və rabitə təchizatlarının elektrik cərəyanını təmin edə bilər.
Polkovnik Eslami elektrik enerjisinin bel çantası və fərdi şəkildə təmini sisteminin konstruksiyası və düzəldilməsindən də xəbər verib. O, deyib: Günəş, avtomobil və şəhər elektrik enerjisi ilə doldurulan bu sistem çətin keçilən nöqtələrdə tapşırıqların yerinə yetirilməsi zamanı piyada qüvvələrinin şəxsi bel çantasında yerləşməklə rabitə sistemləri və mobil telefonlarını doldura və lazım olan elektrik enerjisini təmin edə bilər.
Sabah, 18 aprel, İran İslam Respublikası Ordusu üzvlərinin şücaət və rəşadətlərinin dəyərləndirilməsi günüdür.