Apr 19, 2018 14:08 Asia/Baku
  • İranın müdafiə naziri: İran İraqın şimalındakı hərbi əməliyyatları təsdiqləməyib
    İranın müdafiə naziri: İran İraqın şimalındakı hərbi əməliyyatları təsdiqləməyib

İranın müdafiə və silahlı qüvvlərə dəstək naziri deyib: İran İslam Respublikası İraqın şimalındakı hərbi əməliyyatları təsdiqləməyib və belə qənaətdədir ki, bütün ölkələr xüsusiylə də İraqın milli hakimiyyətinə hörmətlə yanaşılmalıdır.

Türkiyə ordusu aprelin əvvəllərində silahlı PKK ünsürlərini məhv etmək bəhanəsi ilə İraq ərazisinə daxil oldu. Bu müdaxilə İraq hökumətinin və digər ölkələrin reaksiyasına səbəb oldu. 

İranın müdafiə naziri General Leytenant Əmir Hatəmi bu gün Bağdadda İraqın Milli Thlükəsizlik müşaviri Faleh Əl-Fəyyaz ilə görüşündə deyib: İraq region ölkələrinin hesab çürütmə məkanına çevrilməməlidir. 

İranın müdafiə naziri deyib: İran və İraq arasında terrorizm ilə mübarizə üzrə əməkdaşlıqlar qarşılıqlı əməkdaşlıqların əla nümunələridir və bu uğurlu nümunədən regionun digər ölkələri da faydalana bilərlər. 

General Hatəmi deyib: İran İŞİD ilə mübarizədə İraq dövləti və xaqının kənarındadır və bu himayə bu cinayətkar qrupun tam məhv edilməsinədək davam etdiriləcək.

General Əmir Hatəmi deyib: İnsan haqlarını müdafiə iddiasında olan qərb ölkələrin regiondakı cinayətkar və məsuliyyətsiz hərəkətləri, Amerika, Britaniya və Fransanın Suriyaya qarşı son raket hücumları əcnəbilərin region ölkələrinin taleyinin müəyyənləşdirilməsində müdaxilələrinin davam etməsini göstərir. 

Bu görüşdə İraqın milli təhlükəsizlik müşaviri Faleh Əl-Fəyyaz ölkəsinin heç bir gücə İranla İraq arasındakı strateji əlaqələrə əngən törərməsinə imkan verməyəcəyini vurğulayaraq deyib: Bu əlaqələr heçvaxt müdaxiləçi avanturaların təsiri altına düşməyəcək. 

İraqlı rəsmi İranın terrorizm ilə mübarizə və İraq və Suriya xalqlarını dəstək üzrə prinsipial siyasətini yüksk qiymətləndirərək deyib: İranın İraq və Suriyaya dəstəyi olmasaydı, bu ölkələrin durumu bu gün çox mürəkkəb və inanılmaz dərəcədə gərgin olacaqdı. 

İranın müdfiə naziri dünən İraqa iki günlük səfərinə başlamışdır. 

Teqlər