Apr 19, 2018 14:28 Asia/Baku
  • İranın müdafiə naziri: İraqın İŞİD-ə qələbəsi regionun stabilliyi üçün önəmlidir
    İranın müdafiə naziri: İraqın İŞİD-ə qələbəsi regionun stabilliyi üçün önəmlidir

İranın müdafiə naziri İraq dövləti və xalqının İŞİD üzərində qələbəsinin regionun təhlükəsizliyi və stabilliyi baxımından əhəmiyyət daşıdığını bildirib.

İranın müdafiə naziri general leytenant Əmir Hatəmi Bağdadda İraqın daxili işlər naziri Qasım Əl-Əraci ilə görüşündə deyib: Təkfirçi-terrorçu İŞİD qrupuna qələbə İraqda və region ölkələrində sülh, təhlükəsizlik və sakitliyə səbəb oldu. 

İran İslam Respublikasının mudafiə naziri Tehranın siyasətinin bütün şəraitlərdə İraq dövləti və xalqına kömək etməkdən ibarət olduğunu bildirərək deyib: İŞİD-in məğlub edilməsi ilə İran İslam Respubliklası üçün İraqın yenidən bərpası prioritet təşkil edir. 

Bu görüşdə İraqın daxili işlər naziri də İran İslam Respublikası dövləti və xalqına İraq dövləti və xalqına verdiyi hərtərəfli dəstəyə görə öz təşəkkürünü bildirərək deyib: İraq xalqı özündən fədakarlıq və şücaət nümayiş etdirərək təqlid mərcələrinin fitvasına sadiq qalaraq və İran İslam Respublikasının hərtərəfli himayələri sayəsində İŞİD-ə qələbə çala bildi və bu çirkin terror qrupunun burnunu yerə sürtdü. 

Qasım Əl-Ərəci islam inqilabının rəhbərinin islam düşmənlərini nakam qoymaqdakı rolunu önəmli adlandırıb və islam inqilabının böyük rəhbərinin dahiyanə hidayəti və rəhbərliyini yüksək aiymətləndirib. 

İranın müdafiə və silahlı qüvvələrə dəsətək naziri İraqın yüksək səviyyəli siyasi və hərbi rəsmiləri ilə görüşüb, qarşılıqlı, regional və beynəlxalq mövzular barədə fikir mübadiləsi aparmaq məqsədi ilə dünən Bağdada gedib. 

Teqlər