Apr 26, 2018 17:37 Asia/Baku
  • Tehranda 25-ci beynəlxalq sanitariya-gigiyena vəsaitləri sərgisi başlanıb

Yuyucu, kosmetika, sellüloza və sanitariya-gigiyena maddələri üzrə 25-ci beynəlxalq sərgi üç yüz iranlı və 130 xarici şirkətin iştirakı ilə Tehranda işə başlayıb.

Bu sərgidə iranlı şirkətlərin kənarında Çin, Türkiyə, Almaniya, Fransa, İtaliya, BƏƏ, Malayziya, Hindistan, İspaniya, Cənubi Koreya, Polşa, İngiltərə, Hollandiya, Belarus, Sloveniya, Sinqapur, Portuqaliya və Braziliyaya şamil olan on doqquz ölkənin nümayəndələri və şirkətlər öz xidmətlərini sərgiləyiblər.

Bu sərgidə həmçinin müxtəlif yuyucu, təmizləyici, kosmetik, sellüloza və sanitariya-gigiyena məhsulları; mənzil üzrə sanitariya məhsulları; ticarət və müşavirə xidmətləri, həmçinin müxtəlif dəzgahlar, sənətlər, istehsal xətti, təchizatlar, bu sahə üzrə maşın avadanlıqları nümayiş etdirilir.

Yuyucu, kosmetik, sellüloza və sanitariya-gigiyena maddələri üzrə 25-ci beynəlxalq sərgi aprelin 29-dək Tehranda keçirilməkdədir.

Teqlər