IRIB-nin Fransadakı kinooperatoru komaya düşüb
Fransa polisininin kobudluğu nəticəsində yaralanaraq, xəstəxanaya yatırılmış IRIB kinooperatoru komaya düşübdür.
IRIB-nin Fransadakı kinooperatoru Tohidiyan dünən axşam Parisdəki anti-hökumət aksiyasını işıqlandırarkən Fransanın xüsusi təyinatlı polis qüvvələri tərəfindən atılan rezin güllənin baş nahiyəsinə dəyməsi nəticəsində ağır şəkildə yaralanıb.
O, dünən gecə Parisdəki xəstəxanada şiddətli beyin qansızmasından komaya düşüb. IRIB müxbiri Şəhsəvar Hoseyni də Fransa polisi tərəfindən buraxılmış zəhərli qazla tənəffüs nəticəsində zəhərlənərək, xəstəxanaya yatırılıb.
Fransanın polis və təhlükəsizlik qüvvələri xəstəxanaya gələrək, IRIB-nin yaralanmış xəbər qrupu barədə film və foto-şəkilin çəkilməsini əngəlləyiblər.
İranın Parisdəki səfirliyi IRIB-nin xəbər qrupuna qarşı hücum məsələsini və Fransa polisinin xəstəxanadakı hərəkətlərini izləyir.
Ümumdünya əmək günündə Parisdə keçirilən aksiya zorakılığa çevrilib və aksiyaçılar bir neçə avtomobili yandırıb və duman bombaları atıblar.