May 04, 2018 09:15 Asia/Baku
  • Borucerdi: İran Suriyanın bərpasında da rol oynayacaqdır
    Borucerdi: İran Suriyanın bərpasında da rol oynayacaqdır

İran İslam Şurası Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri deyib ki, İran terrorizmə qarşı savaş dövründə olduğu kimi, Suriyanın bərpası dövründə də rol oynayacaqdır.

Bir parlament heyəti ilə Suriyada səfərdə olan Borucerdi Dəməşqi tərk edərkən əlavə edib: İran müqavimət mehvəri kimi çətinliklər zamanı Suriyanın xalqı və dövlətinin kənarında olub və bu iştirak həmin ölkənin bərpası dövründə də davam edəcək.

İran İslam Şurası Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Suriyanın Tərtus və Laziqiyyə vilayətlərinə olmuş səfərlərinə toxunaraq, bildirib ki, ikitərəfli həmkarlıqların genişləndirilməsi üçün bu vilayətlərdən birinin İanın vilayətlərindən biri ilə qardaşlaşması barədə razılıq əldə olunub.

Borucerdi həmçinin Laziqiyyə şəhərində İran məhsulları sərgisinin keçirilməsindən xəbər verib. O, bildirib ki, İran bu sərgini keçirməklə Suriya xalqının ehtiyaclarını aradan qaldırmağa çalışır.

 

Teqlər