İran-Rusiya elmi əməkdaşlıqları genişlənir
https://azeri.sahartv.ir/news/İran-i305908-İran_rusiya_elmi_əməkdaşlıqları_genişlənir
İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri deyib ki, İran Rusiya ilə Xəzər dənizi və onun ətrafındakı ekosistem üçün təsirli elmi-tədqiqat həmkarlıqlarının genişləndirilməsinə maraqlıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2018 08:47 Asia/Baku
  • İran-Rusiya elmi əməkdaşlıqları genişlənir
    İran-Rusiya elmi əməkdaşlıqları genişlənir

İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri deyib ki, İran Rusiya ilə Xəzər dənizi və onun ətrafındakı ekosistem üçün təsirli elmi-tədqiqat həmkarlıqlarının genişləndirilməsinə maraqlıdır.

Mənsur Qolami bu gün Tehranda Rusiya prezidentinin xəzəryanı ölkələrlə həmkarlıq məsələləri üzrə nümayəndəsi Ramazan Abdullətifov ilə görüşdə əlavə edib: İran İslam Respublikası Rusiya Federasiyasının malik olduğu önəmə görə, daim bu ölkə ilə elmi həmkarlıqlara maraqlıdır.

İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri sonra belə qeyd edib: İran İslam Respublikasının universitetləri və elmi mərkəzləri müştərək araşdırmalar üçün son dərəcə yüksək elmi bacarığa malikdirlər.

Rusiya prezidentinin xəzəryanı ölkələrlə həmkarlıq məsələləri üzrə nümayəndəsi Ramazan Abdullətifov da deyib: Xəzər dənizinin ekologiyası İran və Rusiya üçün çox böyük maraqlara malikdir və iki ölkə həmkarlıqlar, o sıradan Xəzər sahəsində əməkdaşlıqlar üçün çox yaxşı zəmin yaradıbdır.