İranın nazir müavini: Trampın qərarı neftin ənənəvi müştərilərinə təsirsizdir
https://azeri.sahartv.ir/news/İran-i306054-İranın_nazir_müavini_trampın_qərarı_neftin_ənənəvi_müştərilərinə_təsirsizdir
İranın neft nazirinin müavini deyib: Amerikanın nüvə sazişindən çıxmaq barədə ehtimal olunan qərarı İranın ənənəvi müştərilərinin neft almalarına təsirsiz olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2018 13:21 Asia/Baku
  • İranın nazir müavini: Trampın qərarı neftin ənənəvi müştərilərinə təsirsizdir

İranın neft nazirinin müavini deyib: Amerikanın nüvə sazişindən çıxmaq barədə ehtimal olunan qərarı İranın ənənəvi müştərilərinin neft almalarına təsirsiz olacaq.

İRNA-nın verdiyi məlumata görə, Əli Kardar Amerikanın təzyiqlərinin İranın neft ixracatına təsiri mövzusunda keçirilən mətbuat konfransında deyib: Mötəbər beynəlxalq şirkətlər neft satın almaq üzrə uzun müddətli müqavilələrin vaxtını uzadırlarsa bu o deməkdir ki, onlar öz strategiyaları əsasında İranda qalmaq istəyirlər. 

İİR neft nazirinin müavini və İran Milli Neft Şirkətinin İcraçı direktoru həmçinin Aprel ayında İranın neft ixracatının rekord vurduğunu bildirərək deyib: Bəziləri İranın öz neft ixracatını azaltdığını iddia edirdilər ancaq Aprel ayında İranın gündəlik neft ixracatının həcmi 2 milyon 600 min barrelə çatdı. 

İranlı nazir müavini deyib: ABŞ prezidenti nevə sazişindən çıxmağa qərar verərsə İranın neft ixracatına bəlkə 200 min barrel həddində təsir edəcək ki, bu miqdar nefti də ölkənin neftayırma zavodlarında istifadə etmək olar.