May 07, 2018 19:11 Asia/Baku
  • Qasemi: Nüvə anlaşmasından çıxmaq Amerikaya baha başa gələcək
    Qasemi: Nüvə anlaşmasından çıxmaq Amerikaya baha başa gələcək

İran xarici işlər nazirliyinin sözçüsü deyib ki, nüvə anlaşmasından çıxmaq Amerikaya baha başa gələcək.

İran xarici işlər nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün daxili və xarici müxbirlərlə mətbuat konfransında nüvə anlaşmasının gələcəyi və  ABŞ-ın bu beynəlxalq anlaşmadan çıxması ehtimalı barədə əlavə edib ki, nüvə anlaşması özünəməxsus özəlliklərə malikdir və ondan çıxmaq bu asanlığa deyildir.

İran xarici işlər nazirliyinin sözçüsü bildirib ki, Donald Trampın Amerika prezidenti kimi hakimiyyətə gəldiyi gündən bəri nüvə anlaşmasından çıxmaq məsələsi irəli sürülür. O, söyləyib: Bu barədə bütün ssenarilər nəzərdə tutulub və mütləq nüvə anlaşmasından çıxmaq Amerikaya baha başa gələcəkdir.

Qasemi deyib: Hərçənd Amerikanın sədaqətsizliyi yeni bir məsələ deyil, amma bu ölkənin nüvə anlaşmasından çıxması onların simaları barədə daha aydın təsvir göstərir və bildirir ki, heç bir ölkə Amerikanın öhdəliyinə əmin ola bilməz.

İran diplomatiya aparatının sözçüsü vurğulayıb: İran nüvə anlaşmasını birinci pozacaq ölkə olmayacaq. Eyni zamanda, əgər gələcəkdə bu beynəlxalq anlaşmanın İran İslam Respublikası üçün mənfəəti olmazsa, onun barəsində qərar çıxarılacaqdır.

Qasemi habelə nüvə anlaşması barədə İran ilə Avropa arasında hər cür yeni anlaşmanı rədd edərək, deyib: Son Roma müzakirələri Yəmən böhranında siyasi həll yoluna çatmaq üzrə İran ilə dörd Avropa ölkəsi arasındakı Münhen təhlükəsizlik müzakirələrinin davamı idi.

İran xarici işlər nazirliyinin sözçüsü əlavə edib: Yəməndə böhran dünya ictimaiyyətinin son dərəcə acınacaqlı mövzularındandır və bu ölkənin məzlum xalqı Ərəbistanın təcavüzünə məruz qalıbdır.

İran diplomatiya aparatının sözçüsü İranın TeleRadio Təşkilatının Sərhədaşırı Bölməsinin Xəbər və Siyasi İcmal Baş İdarəsi müxbirinin Mərakeş ilə İran arasında diplomatik əlaqələrin kəsilməsi barədəki sualının cavabında deyib: Mərakeşin dövlət başçıları tərəfindən irəli sürülən iddialar bünovrədən yalan olub və bu iddialar üçün heç bir məntiqli və qaneedici dəlil yoxdur.

İran xarici işlər nazirliyinin sözçüsü sonra deyib: Mərakeşin xarici işlər naziri İranın xarici işlər naziri ilə görüşdə bəzi mövzuları irəli sürdü və lazımi cavabı aldı; araşdırmalardan sonra məlum oldu ki, həmin iddialar yanlış və yalandır və onlar üçün heç bir fakt mövcud deyildir.

Teqlər