Rusiya prezidentinin nümayəndəsi Ənzəli azad məntəqəsində olub
-
Rusiya prezidentinin nümayəndəsi Ənzəli azad məntəqəsində olub
Rusiya prezidentinin xəzəryanı ölkələrin məsələləri üzrə xüsusi nümayəndəsi və İranın Ənzəli azad məntəqəsi təşkilatının icraçı müdiri dəniz turizminin inkişaf etdirilməsi və ticarət mübadilələrinin artırılması barədə fikir mübadiləsi aparıblar.
İranın Ənzəli azad məntəqəsi təşkilatının icraçı müdiri Reza Məsrur bu gün Rusiya prezidentinin xəzəryanı ölkələrin məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov ilə görüşdə Ənzəli azad məntəqəsinin Rusiya ilə iqtisadi əlaqələri genişləndirmək üzrə qabiliyyətlərinə toxunaraq, deyib ki, Kaspian liman kompleksi İranın azad məntəqələrinin ən böyük infrastruktur layihəsi kimi iki tərəf arasında ticarət mübadilələri və həmkarlıqlarının genişləndirilməsi üçün yaxşı fürsətdir.
İranın Ənzəli azad məntəqəsi təşkilatının icraçı müdiri əlavə edib: Qərar üzrə cari ildə Rusiyanın Dağıstan məntəqəsində müştərək sərgi keçirilməlidir ki, İran və Rusiyanın özəl sektorları öz bacarıqlarını təqdim edə bilsinlər.
Rusiya prezidentinin xəzəryanı ölkələrin məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov da bildiribdir ki, NOSTRAK(NOSTRAC) adlı beynəlxalq şimal-cənub dəhlizinin işə salınmasının sürətləndirilməsi Rusiyanın iş gündəmində durur. O, deyib: 40 rus şirkətin Ənzəli azad məntəqəsində iştirakı iki ölkənin iş adamlarının əlaqələri və etimadlarının inkişafını göstərir.
O, həmçinin deyib: Rusiyanın yüksək vəzifəli rəsmiləri dəniz turizmi və sağlamlıq turizminin genişləndirilməsi istiqamətində Xəzər dənizində 320 otaqlı bir əyləncə gəmisinin fəaliyyəti haqda göstəriş veriblər ki, Ənzəli azad məntəqəsi ilə Rusiyanın Həştərxan limanı arasında turizm marşrutu fəal olmuş olsun.